RU

Netanyahu dünya yəhudilərini informasiya müharibəsinə səslədi

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

İsrailin Baş naziri Benyamin Netanyahu dünya miqyasında yəhudiləri "müharibəyə" çağıraraq bildirib ki, "döyüş meydanında vuruşduqdan sonra mediada və rəqəmsal dünyada müharibə aparacaqlar".Turkustan.az xəbər verir ki, Qərbi Qüdsdə keçirilən Amerika Yəhudi Təşkilatlarının Rəhbərlərinin Konfransında çıxış edən Netanyahu, Avstraliya, Avropa, ABŞ və dünyanın digər yerlərində güclərini nümayiş etdirməli olduqlarını iddia etdi.Netanyahu, dünyanın hər yerində, xüsusən də ABŞ-da yəhudi icmalarının "səssiz qalmamalı" və "müqavimət göstərməli" olduğunu iddia etdi və bunu tanış olduğu gənc yəhudi tələbələrə də dediyini söylədi.Bunun bütün yəhudilər üçün bir siyasətə çevrilməli olduğunu iddia edən Netanyahu, "Media müharibəsi olacaq. Rəqəmsal aləmdə müharibə var. Birlikdə mübarizə aparacağıq" deyə əlavə etdi.Netanyahu, quru müharibəsində uğur qazandıqlarını iddia edərək, "Bunu həm də məlumat və ya dezinformasiya səviyyəsində etməliyik" dedi.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
1
icma.az

2Источники