RU

Epşteyn fayllarında məşhur şəxslərin siyahısı

AzVision.az xəbər verir ki, Pem Bondinin Konqres üzvlərinə məktubuna istinad edən “Fox News” telekanalı belə məlumat yayıb.

Məlumatda bildirilir ki, məktuba ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi ilə bağlı dərc etdiyi materiallarda adları ən azı bir dəfə çəkilmiş bütün keçmiş və hazırkı məmurlar və ya siyasi ifşa olunmuş şəxslər daxildir.

Onların arasında Böyük Britaniya şahzadəsi Harri, amerikalı porno ulduz Kim Kardaşyan, musiqiçilər Kurt Kobeyn və Brüs Sprinqstin, habelə digər məşhurlar da var.

FTB:“Epşteyn işində sübutlar azdır”
Baş Prokurorluğun məktubuna əsasən, Ədliyyə Nazirliyi əlində olan bütün “qeydiyyatlar, sənədlər, hesabatlar və istintaq materialları”nı, o cümlədən insan alveri, sənədlərin gizlədilməsi halları və s. üzrə doqquz kateqoriyaya aid edilən məlumatları açıqlayıb.

“Materiallar yöndəmsizlik hissləri, reputasiyaya xələl gətirmək və ya siyasi həssaslıq səbəbindən redaktə olunmayıb”, - telekanal Pem Bondidən sitat gətirir.

Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Prokurorlar onun 2002-2005-ci illər arasında ən kiçiyi 14 yaşında olan 10-larla azyaşlı qız üçün Manhettendəki evinə səfərlər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər.


Onun dostları və tanışları arasında təkcə ABŞ-dən deyil, bir çox başqa ölkələrdən (o cümlədən keçmiş dövlət başçıları da daxil olmaqla) indiki və təqaüdə çıxmış çoxsaylı məmurlar, tanınmış biznes liderləri və şou-biznes məşhurları var idi. 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar etdikdən sonra ABŞ-də maliyyəçinin cinayət təqibi dayandırılıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
67
azvision.az

1Источники