RU

UNEC Dizayn Məktəbində tədris prosesi yeniləndi: PBL modeli tətbiq olunacaq

Yaz semestrindən etibarən UNEC Dizayn Məktəbində tədris prosesi PBL (Project-Based Learning – Layihə Əsaslı Təhsil) modeli üzrə təşkil olunacaq.

UNEC-dən AzEdu.az-a bildirilib ki, yeni modelə uyğun olaraq, ənənəvi müəllim mərkəzli, fənn əsaslı və imtahan yönümlü qiymətləndirmə sistemi tələbə mərkəzli, layihə əsaslı strukturla əvəz olunur. Qiymətləndirmə əsasən tələbələrin semestr ərzində hazırladıqları layihələr, formalaşdırdıqları portfellər və təqdim etdikləri prototiplər üzərindən aparılacaq.

PBL yanaşması çərçivəsində tələbələr nəzəri bilikləri ayrı-ayrı fənlər üzrə deyil, real problemlər və konkret tapşırıqlar üzərində işləyərək mənimsəyəcəklər. Tədris prosesi komanda işi, araşdırma, analiz və praktik tətbiq üzərində qurulacaq. Bu model tələbələrin tənqidi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların problem həll etmə, təqdimat və əməkdaşlıq kompetensiyalarını da gücləndirəcək.

UNEC Dizayn Məktəbində tətbiq olunan yeni yanaşma təhsilin məzmun və məqsəd baxımından yenidən qurulmasını ifadə edir. Layihə Əsaslı Təhsil modeli tələbələrə məzun olduqları zaman zəngin və rəqabətqabiliyyətli peşəkar portfel formalaşdırmaq imkanı yaradır. Real iş mühitinə yaxınlaşdırılmış tədris prosesi onların situasiyanı dərindən təhlil etmə, real ehtiyacları müəyyənləşdirmə və həmin ehtiyaclara uyğun yaradıcı, əsaslandırılmış həllər təqdim etmə bacarıqlarını inkişaf etdirir. Nəticədə məzunlar əmək bazarına daha hazırlıqlı, praktik təcrübəyə malik və çevik düşünən mütəxəssislər kimi daxil olurlar.

Избранный
60
7
azedu.az

8Источники