RU

“Barselona”nın futbolçusu “Real Madrid”ə keçə bilər

Bakı. Trend:

İspaniyanın "Barselona" klubunun futbolçusu Jül Kunde yaytransfer pəncərəsində klubunu dəyişə bilər.

Trend xariciKİV-ə istinadla xəbər verir ki, "Real Madrid" fransalı müdafiəçiilə yaxından maraqlanır.

Kataloniya təmsilçisi hazırda oyunçunu satmaq niyyətində deyil.Lakin klub 70-80 milyon avroluq təklif alsa, bu transferi nəzərdənkeçirə bilər.

Fransa millisinin 27 yaşlı müdafiəçisi İngiltərənin "Çelsi"klubunun da diqqət mərkəzindədir.

Qeyd edək ki, Jül Kundenin "Barselona" ilə hazırkı müqaviləsi2030-cu ilə qədərdir. Futbolçu bu mövsüm La Liqa təmsilçisininheyətində 36 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürməedib.

Məqalədə:
Избранный
50
5
az.trend.az

5Источники