Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 38,3 milyon manat əmanəti olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən il yanvarın 1-nə nisbətən 50,1 % çoxdur.
Əmanətlərin 93,1 %-i milli, 6,9 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 48,2 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 82,4 % artıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.