RU

Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Nyukasl" qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sabah saat 17.00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17.30-da isə "Qarabağ"ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada keçiriləcək.

Qonaqların baş məşqçisi Eddi Haunun mətbuat konfransı saat 20.30-da start götürəcək. “Nyukasl”ın ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 21.00-da başlayacaq.

Xatırladaq ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21.45-də olacaq.

Избранный
3
7
football-plus.az

10Источники