RU

Muxtar respublikada 9 milyon 678 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

Naxçıvan, 16 fevral, AZƏRTAC

Cari ilin yanvar ayında muxtar respublikada 9 milyon 678 min 700 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bunun 44 min 400 manatı bitkiçilik sahəsi üzrə, 9 milyon 634 min 300 manatı isə heyvandarlıq sahəsi üzrə olub.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,1 faiz artıb.

Избранный
110
azertag.az

1Источники