RU

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib 

Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Ölkə.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

***

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Ölkə.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda bütün tablolarda “Dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Избранный
75
25
olke.az

10Источники