RU

İran Azərbaycanla birgə layihələrin sürətlə icrası üçün səylərini davam etdirir - Səfirlik rəsmisi

Bakı. Trend:

İran Azərbaycanla uzunmüddətli ikitərəfli və regionaləməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməyə çalışır.

Bunu Trend-əaçıqlamasında İranın Azərbaycandakı səfirinin müavini ƏlirzaCabbari deyib.

Onun sözlərinə görə, İran şimal qonşusu Azərbaycanın ərazibütövlüyünə tam hörmətlə yanaşır.

Səfirlik rəsmisi qeyd edib ki, İran mövcud mədəni vəsivilizasiya baxımından ortaq potensialdan maksimum faydalanmaqla,hər iki ölkənin milli maraqlarının qorunması və birgə layihələrinsürətlə icrası üçün zəruri zəminin yaradılması istiqamətindəardıcıl səylərini davam etdirir. Məqsəd dost və qardaş Azərbaycanilə uzunmüddətli ikitərəfli və regional əməkdaşlığınmöhkəmləndirilməsi, eləcə də regionda sabitliyin, təhlükəsizliyinvə hər iki xalqın rifahının daha da artırılmasına töhfəverməkdir.

Cabbari bildirib ki, bir neçə gün öncə dost və qardaş ölkəAzərbaycanda İranın Milli Günü – İslam İnqilabının qələbəsinin47-ci ildönümü münasibətilə rəsmi tədbir keçirilib. AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev və xarici işlər naziriCeyhun Bayramov bu münasibətlə İran İslam RespublikasınınPrezidenti Məsud Pezeşkiana və xarici işlər naziri Abbas Əraqçiyəayrı-ayrılıqda səmimi təbrik məktubları ünvanlayıb, İran dövləti vəxalqını Milli Gün münasibətilə təbrik ediblər.

Cabbari qeyd edib ki, Azərbaycan Respublikasının alirəhbərliyinin İran tərəfinə göndərdiyi təbrik mesajlarında dərintarixi, dini və mədəni ortaq köklərə malik olan dost, qardaş vəqonşu iki ölkə və iki xalq arasında hərtərəfli əməkdaşlığıngenişləndirilməsinə maraq ifadə olunub. Bu məqam iki ölkə xalqlarıarasında mövcud olan sarsılmaz tarixi bağların və qardaşlıqmünasibətlərinin bariz təzahürü kimi qiymətləndirilə bilər.

İran rəsmisi əlavə edib ki, Azərbaycan Respublikasının Başnazirinin müavini, eyni zamanda İran-Azərbaycan Birgə İqtisadiKomissiyasının Azərbaycan tərəfdən həmsədri olan Şahin MustafayevinBakı şəhərində İran İslam Respublikasının Milli Günü münasibətiləkeçirilən tədbirdə iştirakı və məzmunlu çıxışı da qarşıdakı illərdəikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi istiqamətindəhər iki ölkənin ciddi siyasi iradəyə malik olduğunu açıq şəkildənümayiş etdirib.

“Qeyd etmək yerinə düşər ki, İran İslam RespublikasınınPrezidenti Məsud Pezeşkianın 2025-ci ilin aprel ayında AzərbaycanRespublikasına etdiyi tarixi səfər iki ölkə münasibətlərində yenibir mərhələnin əsasını qoyub. Səfər çərçivəsində dövlət başçılarıtərəfindən birgə bəyanatın imzalanması, habelə siyasiməsləhətləşmələr, nəqliyyat əməkdaşlığı, mədəni mübadilələr,səhiyyə, media, investisiya və ticarət sahələrini əhatə edən 7mühüm sazişin imzalanması, eləcə də Araz çayı üzərində yerləşənKəlalə-Ağbənd avtomobil körpüsünün tamamlanması və istismaraverilməsinin sürətləndirilməsi ilə bağlı razılaşmalar son illərdəikitərəfli münasibətlərin inkişafına yönəlmiş yeni və müsbətyanaşmanın mühüm göstəricilərindən biri hesab olunur".

İran İslam Respublikasının Prezidenti Məsud PezeşkianınAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvətini qəbuledərək Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına(ECO) üzv ölkələrin dövlət başçılarının 17-ci Zirvə Görüşündəiştirak etmək məqsədilə 2025-ci ildə ikinci dəfə Azərbaycana səfəretməsi isə iki ölkə rəhbərlərinin münasibətlərin yaxınlaşmasıistiqamətində qətiyyətli iradəyə malik olduqlarını aydın şəkildəortaya qoyur”, - deyə o bildirib.

Cabbari sonda qeyd edib ki, yaxın günlərdə Bakıda keçirilməsiplanlaşdırılan İran-Azərbaycan 17-ci Birgə İqtisadi Komissiyasınıniclası iki dost və qardaş ölkə arasında iqtisadi, ticarət və mədəniəlaqələrin əhəmiyyətli dərəcədə genişlənməsinə yeni impulsverəcək.

Избранный
63
1
az.trend.az

2Источники