RU

Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

BAKI, TurkicWorld

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə sənəd qəbulunun başlanma tarixi müəyyənləşib.

TurkicWorld Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, sözügedən proqram üzrə müraciətlərin qəbuluna 15 aprel 2026-cı il tarixindən start veriləcək.

Bildirilib ki, proqram çərçivəsində bakalavriat, magistratura və doktorantura təhsil pillələri üzrə prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali təhsil müəssisələrinin siyahısı artıq 12 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, proqrama müraciət üçün əsas şərtlərdən biri məhz həmin siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə rəsmi qəbul sənədinin əldə edilməsidir. Namizədlərin seçimi zamanı bu meyar həlledici rol oynayacaq.

Избранный
32
28
turkic.world

10Источники