RU

Tehranda yenidən etiraz aksiyaları başlayıb

Almaniyanın "Der Spiegel" qəzeti öz mənbələrinə istinadənyazırki, Tehranın bir neçə rayonunda dünəndən etibarən"İslam Respublikasına ölüm", "Xameneiyə ölüm" və "Yaşasın Şah"şüarları səslənir. Eyni zamanda, Britaniyanın paytaxtı London şəhərində fəaliyyət göstərən "Iran International" telakanalının yaydığı videoda nümayişçilərin"Bu, son döyüşdür, Pəhləvi qayıdır", "İslam İnqilabı Keşikçilərinə ölüm"söylədiyi eşidilir. İranın bir neçə başqa şəhərində də oxşar nümayişlər baş tutub.

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə – 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb.

Firudin Həmidli
AzVision.az
Избранный
48
1
azvision.az

2Источники