RU

Emin və onun kimilərin yalnız bir məqsədi var

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Münhen Təhlükəsizlik Konfransının keçirildiyi məkanın qarşısında durub Azərbaycan rəsmi nümayəndə heyətinə sual verməyə cəhdlə gündəmə gəlməyə çalışan Emin Hüseynova Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanımın cavabı yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək".Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, özünü müstəqil mətbuat təmsilçisi kimi qələmə verməyə çalışan bu şəxsin məqsədi əslində hər kəs üçün məlum idi:"Aldığı tapşırığa uyğun olaraq təxribatçı mövqe sərgiləmək və özünü kimlərəsə sübut etmək istəyi. Lakin Mehriban xanımın tərs şillə effekti yaradan açıqlaması onun bütün planlarının üstündən xətt çəkdi.2014-cü ildən etibarən külli miqdarda mənimsəməyə görə axtarışda olan və Azərbaycandan qaçmaq üçün xarici ölkə səfirliyində gizlənməyə cəhd edən Emin Hüseynovun səfirliyə qadın paltarı geyinərək girdiyi yəqin ki, çoxlarının yadındadır. O bunun unudulduğunu düşünsə də Mehriban xanım tərəfindən bu faktın onun diqqətinə çatdırılması Emin üçün əsl şok effekti yaratdı".Politoloq qeyd edib ki, ölkə ərazisində konkret cinayət əməllərinə görə axtarışda olan şəxslərin özlərini jurnalist, bloqer, azad mətbuat təmsilçisi kimi təqdim edərək xarici ölkələrdə sığınması yeni hal deyil:"Hər kəs də bilir ki, Emin və onun kimilərin yalnız bir məqsədi var. Ayrı-ayrı anti-Azərbaycan dairələrindən alınan sifarişlər əsasında Azərbaycanla bağlı mənfi fikirlərin formalaşdırılması. Bu fəaliyyətin jurnalist fəaliyyəti adı altında həyata keçirilməsi isə ikrah hissi doğurur. Başqalarından maliyyə alıb, onların sifarişlərini icra etmək, şər və böhtan yaymaq nə vaxtdan azad mətbuat prinsipi olub? Təbii ki, bu cür şəxslər heç bir halda azad mətbuat təmsilçisi olaraq qəbul edilə bilməzlər və zaman-zaman yüksək vəzifəli şəxslər tərəfindən onların əsl simalarının üzə çıxarılması olduqca vacibdir".Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
newscenter.az

2Источники