RU

İcra başçısı köməkçisini işdən çıxarıb şəhərə “mer” təyin etdi (FOTO)

Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı köməkçisini və baş memarı vəzifədən azad edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı İlqar Mahmudov əmr imzalayıb.

Əmrə əsasən, Rüstəm Məmmədov başçının köməkçisi vəzifəsindən azad olunub. Digər əmrlə o, başçının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi təyin edilib.

Başqa əmrlə Şahin Aslanov isə Memarlıq-tikinti məsələləri sektorunun müdiri, Sosial-İqtisadi və Memarlıq-Tİkinti Məsələləri şöbəsinin müdir müavini, baş memar vəzifələrindən çıxarılıb.

Eyni zamanda Tural Rəhimov isə Hüquq və kadr məsələləri sektoruna məsləhətçi təyin olunub.

Qeyd edək ki, Rüstəm Məmmədov 2022-ci ildən Quba RİH-də çalışır.

Fotoda Rüstəm Məmmədov
 
 
 

Избранный
29
18
7news.az

10Источники