RU

Avtoqəzaların sayı keçən il 12,3 % azalıb

Keçən il Azərbaycanda 1 252 və ya 2024-cü illə müqayisədə 12,3 % az yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,1 % azalaraq 1 715 nəfər olub. Onlardan 689-u həlak olub, 1026-sı isə yaralanıb.

Hadisələrin 44,5 %-i gündüz, 39,4 %-i gecə, 16,1 %-i isə toran vaxtı baş verib, 30,3 %-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 85,1 %-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 13,4 % azalaraq 484 nəfər, yaralananların sayı isə 14 % azalaraq 960 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 39,9 %-i nəqliyyat vasitələrinin və piyadaların, 37,8 %-i bir neçə nəqliyyat vasitəsinin, 22,3 %-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 73,3 %-i, yaralananların isə 69,4 %-i kişilər təşkil edib.

Избранный
25
3
bakivaxti.az

10Источники