RU

Anar Cəfərov: Aqrar startapların inkişafı üçün yeni tərəfdaşlıqlar genişləndirilir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 16 fevral, Pərvanə Qafarov, foto Azər İbrahimov, AZƏRTAC

Aqrar startapların inkişafı və innovativ layihələrin dəstəklənməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maliyyələşdirilən təşəbbüslərin əhatə dairəsi genişləndirilir, bu prosesə özəl sektor və ali təhsil müəssisələri də fəal şəkildə cəlb olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov ADA Universitetində keçirilən IV Aqrar Startaplar və İnnovasiya Forumunda çıxışı zamanı deyib.

Anar Cəfərov bildirib ki, əvvəlki dövrlərdə keçirilən aqrar startap proqramları çərçivəsində nazirliyin maliyyə dəstəyi ilə bir sıra layihələr reallaşdırılıb və startapçılar üçün müxtəlif akselerasiya və mentorluq mexanizmləri tətbiq olunub. Onun sözlərinə görə, bu təşəbbüslər aqrar innovasiya ekosisteminin formalaşmasına mühüm töhfə verib.

Direktor qeyd edib ki, layihələrin icrasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər ali təhsil müəssisələri ilə əməkdaşlıq həyata keçirilib, eləcə də beynəlxalq tərəfdaşlarla birgə müzakirələr aparılıb.

O əlavə edib ki, əvvəlki proqramlar çərçivəsində Qarabağ Universiteti ilə birgə tədbirlər, eləcə də beynəlxalq konfranslar təşkil olunub, özəl şirkətlərlə tərəfdaşlıqlar qurulub.

Anar Cəfərovun sözlərinə görə, cari ildə aqrar innovasiya proqramlarının coğrafiyası və hədəf qrupu genişləndiriləcək: “Planlarımızda bu təşəbbüsləri peşə təhsili müəssisələrində də həyata keçirmək var. İlk dəfədir ki, peşə məktəblərinin tələbələri aqrar startap proqramlarına cəlb olunacaq. Məqsəd innovasiya mədəniyyətini yalnız ali təhsil deyil, peşə təhsili səviyyəsində də formalaşdırmaqdır”.

Direktor vurğulayıb ki, özəl tərəfdaşların bu prosesdə iştirakı startapların real bazar tələblərinə uyğun formalaşmasına və kommersiyalaşma imkanlarının genişlənməsinə şərait yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
1
azertag.az

2Источники