RU

İsveçrədə 80 sərnişin daşıyan qatar relsdən çıxıb

İsveçrənin Valais kantonunda bazar ertəsi səhər saatlarında sərnişin qatarı relsdən çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə səhər saat 07:00 radələrində baş verib.

Səlahiyyətli şəxslər bölgədə xilasetmə işlərinin davam etdiyini və qəzada yaralıların olduğunu bildiriblər.

Polisin "AFP" agentliyinə verdiyi məlumatda qəzanın dəqiq səbəbləri və yaralıların sayı barədə hələlik ətraflı məlumatın olmadığı ifadə edilib.

İsveçrə Radio və Televiziyası (RTS) qatarın Goppenstein və Briq şəhərləri arasında hərəkət etdiyini bəyan edib. İsveçrə mətbuatında yer alan xəbərlərə görə, qəza anında qatarda təxminən 80 sərnişin olub.

Federal Dəmir Yollarının (CFF-nin) yaydığı açıqlamada, bölgədə baş verən qar uçqunu səbəbindən Goppenstein və Briq arasındakı qatar hərəkətinin 17 fevral səhər saat 04:00-a qədər dayandırıldığı qeyd edilib.

Qəzanın baş verdiyi xətt üzrə reyslərin ləğv edilməsi ilə nəqliyyatın hərəkətində fasilələr yaranıb.

Qeyd edək ki, Qatarın birbaşa uçqun kütləsinə çırpıldığı, yoxsa relslərdəki qar yığını səbəbindən yoldan çıxdığı hələlik tam aydınlaşmayıb. Briqadaların hadisə yerindəki araşdırmaları davam edir.

Избранный
23
1
cebheinfo.az

2Источники