RU

Vüqar Qurbanovun işdən çıxarılması ilə bağlı TƏFƏRRÜAT

TƏBİB icraçı direktoru Vüqar Qurbanovun  vəzifəsindən çıxarıldığı barədə məlumat yayılıb. 
Məlumatı ilk olaraq “bakupost.az” saytı yayıb. Qeyd olunub ki,  Vüqar Qurbanovun səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.

Məsələ ilə bağlı TƏBİB-ə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlansaq da, hələlik sorğularımız cavab verilməyib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə bu saatlarda TƏBİB-in Müşahidə Şurasının iclası keçirilir. İclasın nəticəsi olaraq Vüqar Qurbanovun vəzifəsindən çıxarılacağı rəsmiləşdiriləcək. 
Səbəb kimi isə yoxlamalar nəticəsində maliyyə pozuntularının aşkarlanması bildirilir. 

Bizim.Media

Избранный
68
27
bizim.media

10Источники