RU

Hikmət Hacıyev: "Azərbaycan və Serbiya regionlararası əməkdaşlıqda da mühüm rol oynayır"

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Serbiya münasibətləri ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı öz "X" hesabında fikirlərini bölüşüb.

"Azərbaycan və Serbiya strateji tərəfdaşlar və inkişaf etməkdə olan orta güclər kimi regionlararası əməkdaşlıqda da mühüm rol oynayır - Azərbaycan müvafiq olaraq Cənubi Qafqazda və Xəzər regionunda, Serbiya isə Balkan yarımadasında yerləşir.

Zəngəzur dəhlizi/TRIPP təşəbbüsü daha geniş Xəzər regionu, Mərkəzi Asiya və Balkan ölkələri arasında əlaqələrin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır", - deyə o bildirib.

Избранный
21
5
far.az

10Источники