RU

Azərbaycan Yaponiyadan da quzu əti idxal EDİR

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ötən il Azərbaycan 1,31 milyon ABŞ dolları dəyərində 324,71 ton quzu əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.

Redaktor.az xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 9,3 %, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Monqolustandan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,8 dəfə çox) 324,53 ton (+5,8 dəfə), Yeni Zelandiyadan 3,89 min ABŞ dolları dəyərində (-67 %) 0,09 ton (-76 %), Belçikadan 2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 0,06 ton (+20 %), Avstraliyadan 1,64 min ABŞ dolları dəyərində (+27 dəfə) 0,03 ton (+3 dəfə) və Yaponiyadan 0,06 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq tədarük Yaponiyadan həyata keçirilib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 103 ton quzu ətinin 54 %-i Monqolustanın payına düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
54
13
redaktor.az

10Источники