Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri fevralın 16-da başa çatıb.
Yenilik.az xəbər verir ki, Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı.