RU

Lukaşenko: Belarus Sülh Şurasının fəaliyyətində iştirak edəcək...

Prezident bildirib ki, Belarus gələcək iclaslarda dövlət başçısı səviyyəsində təmsil olunmağı planlaşdırır...

Belarus Prezidenti Alexander Lukashenko ölkəsinin gələcəkdə Sülh Şurasının fəaliyyətində dövlət başçısı səviyyəsində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə məlumatı BelTA yayıb.

Belarus lideri bu barədə İttifaq Dövlətinin dövlət katibi Sergey Glazyev ilə görüşü zamanı danışıb. O qeyd edib ki, qarşıdakı dövrdə keçiriləcək tədbirlərdə Belarus mütləq şəkildə təmsil olunacaq.

“Ümid edirəm ki, gələcəkdə baş tutacaq tədbirlərdə biz mütləq prezident səviyyəsində bu Şurada iştirak edəcəyik, mütləq iştirak edəcəyik”, – deyə Lukaşenko bildirib.

Prezident vurğulayıb ki, iclasların keçirilməsi üçün müxtəlif məkanlar nəzərdən keçirilə bilər. Onun sözlərinə görə, növbəti toplantılar Vaşinqtonda keçirilməyə də bilər. “Bəlkə Vaşinqtonda yox. Haradasa Avropada və ya Yaxın Şərqdə. Ola bilsin ki, İsraildə, daha yaxın regionda, Türkiyədə bu Şuranın növbəti iclasları baş tutsun. Biz orada iştirak edəcəyik”, – deyə Belarus lideri əlavə edib.

Qeyd edək ki, Lukaşenkonun bu açıqlaması Minsk rəhbərliyinin beynəlxalq platformalarda daha fəal iştirak etmək və regional təhlükəsizlik məsələlərinin müzakirəsində birbaşa söz sahibi olmaq istəyi kimi qiymətləndirilir. Belarus son illər həm Rusiya ilə müttəfiqlik münasibətlərini dərinləşdirir, həm də müxtəlif beynəlxalq təşəbbüslərdə öz mövqeyini nümayiş etdirməyə çalışır.

Poliqon.info

Избранный
75
poliqon.info

1Источники