RU

Fransada Epşteyn sənədləri ilə bağlı araşdırmalar başladılıb

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paris Prokurorluğu iş üzrə dərc olunmuş yeni sənədlərin araşdırılması üçün xüsusi hakimlər təyin edib

Paris Prokurorluğu ABŞ-dan olan maliyyəçi Cefri Epşteyinlə bağlı iş üzrə dərc olunmuş yeni sənədlərin araşdırılması üçün xüsusi hakimlər təyin etdiyini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, məqsəd mümkün hüquq pozuntularında Fransa vətəndaşlarının iştirak edib-etmədiyini müəyyənləşdirməkdir.

Mətbuata göndərilən bəyanatda araşdırma materiallarının Milli Maliyyə Prokurorluğu və Məhkəmə Polis İdarəsi ilə əlaqələndirilmiş şəkildə təhlil olunduğu bildirilir. Məqsəd yeni istintaqın başlanmasına əsas olub-olmadığını qiymətləndirməkdir.

Həmçinin prokurorluq keçmiş model agenti Jan-Lük Brünel ilə bağlı istintaq materiallarının “tam yenidən təhlilinə” başladığını bildirib. Məqsəd ictimaiyyətə açıqlanan yeni sənədlər fonunda yenidən istifadə oluna biləcək sübutların müəyyənləşdirilməsidir. “Brünel işi” 2023-cü ilin iyulunda onun ölümündən sonra cinayət tərkibi olmadığına dair qərar qəbul olunaraq bağlanıb. Bu kontekstdə Fransa Prezidenti Emmanuel Makron diplomat Fabris Aidanın vəziyyəti ilə bağlı “tam aydınlıq gətirilməsinə” çağırıb. Onun adı ABŞ arxivlərində bir neçə dəfə hallanıb.

Avropa sammitindən sonra jurnalistlərin suallarını cavablandıran dövlət başçısı bildirib ki, bu işin niyə daha əvvəl araşdırılmadığını anlamaq istəyir. Məlumatlara görə, adıçəkilən diplomat ABŞ-də uşaq pornoqrafiyası görüntülərinə baxmaq ittihamı ilə istintaqa cəlb edilmiş ola bilər. Makron qeyd edib ki, əgər administrasiyanın əlində illərdir kompromat xarakterli məlumatlar olubsa, belə bir vəzifəli şəxsin postunda qalması qəbuledilməzdir. O məsələni yaxın vaxtlarda öyrəndiyini vurğulayıb. Diplomatın vəkili isə bütün ittihamların mübahisələndirildiyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
2
ayna.az

3Источники