RU

AZAL Şımkentə müntəzəm reyslərə başlayır

AZAL Şımkentə müntəzəm reyslərə başlayır

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin iyun ayından etibarən Qazaxıstanın Şımkent şəhərinə uçuşlara başlayacaq.

AZAL-dan verilən məlumata görə, yeni istiqamət üzrə biletlər artıq satışdadır. İlk reys 16 iyun 2026-cı il tarixində baş tutacaq. Aviaşirkətin uçuş cədvəlinə uyğun olaraq Bakı-Şımkent-Bakı reysləri aşağıdakı qaydada icra ediləcək:

• 16-27 iyun 2026-cı il: həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri;

• 30 iyun 2026-cı il tarixindən etibarən: həftədə üç dəfə olmaqla çərşənbə axşamı, cümə axşamı və şənbə günləri (əks istiqamətdə çərşənbə, cümə və bazar günləri).

AZAL-ın genişlənən marşrut şəbəkəsində Şımkent Qazaxıstanın sayca 4-cü şəhəridir. 2025-ci ildə aviaşirkət Almatı, Astana və Aktau şəhərlərinə 850-yə yaxın müntəzəm uçuş həyata keçirib.

Əhali sayına görə Qazaxıstanın üçüncü ən böyük şəhəri olan Şımkent zəngin mədəni irsi ilə seçilir. "Aviabiletləri rəsmi www.azal.az saytından, mobil tətbiqdən və kassalardan əldə edə bilərsiniz", - deyə AZAL bəyan edib.

Избранный
55
34
afn.az

10Источники