RU

“Bolmart” qiymətdə müştəriləri belə aldadır – FOTO

“Bolmart” qiymətdə müştəriləri belə aldadır – FOTO

“Bolmart” supermarketlər şəbəkəsində müştəriləri rəf və kassa qiymətində aldadırlar.

Tribuna.az xəbər verir ki, bunu sözügedən marketdən mütəmadi alış-veriş edən müştəri Suad Süleymanlı bildirib. O qeyd edib ki, dəfələrlə bu barədə eşitsə də, heç vaxt qəbzdəki qiymətlərə diqqət etməyib. Ancaq bu dəfə qiymət fırıldağının şahidi olub:

“Supermarketlərdə rəsmən müştərinin cibinə girirlər. Mən də çoxları kimi yoxlamırdım. Necə olursa həmişə kassa qiyməti rəfdən daha baha olur. Mən bu yaxınlarda “Bolmart”dan alış-veriş etdim və maraq üçün qiymətləri yoxlamağa başladım. Elə ananasın üzərinə vurulmuş 18.5 kassada 20.5 olaraq çıxıb. Yəni hər adamdan ən azı 2 manat artıq alanda görün nə qədər pul edir”.

Qeyd edək ki, “Bolmart” marketlər şəbəkəsi “Pro Mart” MMC-yə məxsusdur və şirkətin əsas sahibi hazırda həbsdə olan Adnan Əhmədzadədir. O, eyni zamanda «Rahat Market» və «Port Baku Bazar» şəbəkələrinin də sahibidir.

Şirkətin rəsmi qanuni təmsilçisi və rəhbərliyində zaman-zaman dəyişikliklər baş verib. Şirkətin sonuncu rəhbərləri Bəhruz Əhmədov və Ramil Məmmədov olub. Qarşı tərəfi dinləməyə hazırıq.

Избранный
79
4
afn.az

5Источники