RU

İsveçrədə qatar relslərdən çıxıb: azı 5 nəfər yaralanıb

Baku. Trend:

İsveçrənin Valais kantonunda sərnişin qatarının resldən çıxmasınəticəsində azı beş nəfər xəsarət alıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizəorqanları məlumat yayıb.

“Qəza nəticəsində beş nəfər xəsarət alıb. Hadisə zamanı qatarda29 sərnişin olub”, – məlumatda bildirilir.

Qeyd edilib ki, bir nəfər xəstəxanaya yerləşdirilib, dörd nəfərəisə hadisə yerində tibbi yardım göstərilib. Baş vermiş hadisənindəqiq hallarının müəyyənləşdirilməsi üçün araşdırma başlanılıb.

İlkin ehtimala görə, qəza dəmir yolu xətti ərazisində daha əvvəlbaş vermiş qar uçqunu səbəbindən baş verə bilər. Xətt üzrəqatarların hərəkəti dayandırılıb.

Məqalədə:
Избранный
78
az.trend.az

1Источники