2025-ci ildə Azərbaycandan Suriya Ərəb Respublikasına 120.1 milyon ABŞ dolları dəyərində 350 milyon 899 min kubmetr (qaz halında) təbii qaz ixrac edilib.
Xezerxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin avqustun 2-dən etibarən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib.