RU

Daha 130 dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 16 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əlilliyi olan daha 130-dan çox şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlara mühərrikli təkərli oturacaq, açıq və qapalı məkanda, sanitar-təchizatlı təkərli oturacaq, statik vertikalizator, əsa, dirsəkaltı və qoltuqaltı ağac, dördayaqlı dayaq vasitəsi, hopdurucu bez və s. olmaqla ümumilikdə 5500-dək reabilitasiya vasitəsi verilib.

Qeyd edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının Bakıya, agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gələ bilmək imkanı olmayan əlilliyi olan şəxslərə həmin vasitələr evlərinə aparılaraq təqdim olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
55
6
azertag.az

7Источники