Nizami Tibb Mərkəzinə yeni baş həkim təyin olunub.
ONN media xəbər verir ki, müvafiq əmrə əsasən, baş həkim vəzifəsinə Fikrət Əhmədov təyinat alıb.
O, bu gün kollektivə təqdim edilib.
F.Əhmədov 2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Urologiya şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Qeyd edək ki, F.Əhmədov Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğludur.