Aktual.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Espen Eskas olacaq.
Ona həmyerliləri Jan Erik Engan və Isaak Elias Bashevkin köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Sigurd Kringstad yerinə yetirəcək.
VAR-da niderlandlı Rob Dieperink, AVAR-da Dennis Higler əyləşəcəklər. Hakim-inspektor italiyalı Matteo Simone Trefoloni, UEFA nümayəndəsi litvalı İqnas Marcinkeviçiusdur.
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.