RU

Dördüncü Avropa Türk Media Zirvəsi keçirildi

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropa Türk Mətbuat Yayım və Jurnalistlər Birliyinin təşkilatçılığı ilə Almaniyanın Gelsenkirchen şəhərində Dördüncü Avropa Türk Media Zirvəsi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Almaniya və Türkiyədən yüksək səviyyəli rəsmilər, millət vəkilləri, media rəhbərləri və ictimai xadimlər iştirak ediblər. İştirakçılar arasında Türk İnternet Media Birliyinin Xarici Əlaqələr Şurasının sədri və Azərbaycan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də yer alıb.

Zirvənin birinci oturumunda Avropada türk dilli medianın mövcud vəziyyəti, maliyyə imkanları, süni intellektin və sosial medianın təsiri müzakirə olunub. Bu hissədə çıxış edənlər Avropadakı türk mediasının qarşılaşdığı struktur problemlərdən, rəqəmsal transformasiyadan və yeni media mühitinin yaratdığı çağırışlardan danışıblar.

İkinci oturum isə diasporda medianın rolu mövzusuna həsr olunub. Burada Avropadakı türk icmasının cəmiyyət qarşısındakı məsuliyyəti, milli kimliyin qorunması və medianın birləşdirici funksiyası geniş şəkildə təhlil edilib. Müzakirələrdə Azərbaycan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və digərləri çıxış edərək, diaspor mediasının həm milli dəyərlərin qorunmasında, həm də Avropa cəmiyyətinə inteqrasiyada mühüm rol oynadığını xüsusi vurğulayıblar.

Zirvə mükafatlandırma mərasimi ilə davam edib.

Avropa Türk Mətbuat Yayım və Jurnalistlər Birliyinin sədri Ali Paşa Akbaş sonda bildirib ki, artıq dördüncü dəfə keçirilən zirvə Avropa türk diasporasının güclənməsinin göstəricisidir. Onun sözlərinə görə, 60 ildən artıq miqrasiya tarixinə malik olan və sayı 6 milyonu keçən türk icması artıq Avropada daimi diasporaya çevrilib. Akbaş vurğulayıb ki, məqsəd Avropa ilə yanaşı Azərbaycan və Kiprdən olan media nümayəndələri ilə bir araya gələrək ortaq problemləri müzakirə etmək və daha güclü, funksional media mühiti formalaşdırmaqdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
1
bakivaxti.az

5Источники