RU

Əli Kərimli və Məmməd İbrahim barədə qərar qəbul edildi

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatlasaxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri ƏliKərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahiminbarəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlıqərardan verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesikeçirilib.

Trend xəbərverir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdəşikayətə baxılıb və qərar qəbul edilib.

Qəbul edilən qərara əsasən, apellyasiya şikayətləri təminedilməyib.

Qeyd edək ki, ötən il Səbail Rayon Məhkəməsinin qərarı ilə ƏliKərimli və Məmməd İbrahim barəsində 2 ay 15 gün müddətinə həbsqətimkan tədbiri seçilib. Bu il 9 fevralda isə onların barəsindəseçilmiş həbs qətimkan tədbiri daha 4 ay uzadılıb.

Təqsirləndirilən hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1(hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunuzorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəlisürülüb.

Избранный
68
22
az.trend.az

10Источники