RU

Təxribatçı suallara sərrast cavab: “Azərbaycan xalqının mövqeyini ifadə edirdi”

Münxen Təhlükəsizlik Konfransında qapı önündə dayanaraq, təxribat cəhdlərini davam etdirən Emin Hüseynovun sual vermək üçün müraciətinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın cavabı gündəmə çevrilib. 

Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanın böyük qələbələrindən, qlobal miqyasdakı uğurlarından narahat olan qüvvələr, hətta bəzi dövlətlər var. 

Onun sözlərinə görə, həmin qüvvələr müxtəlif təxribatçı qruplar vasitəsilə ölkəmizin nailiyyətlərinə kölgə salmağa çalışırlar: 

“Bu prosesdə daha təəssüf doğuran məqam isə odur ki, onların arasında azərbaycanlı olan, bu torpağın suyunu içib, çörəyini yeyən, lakin xaricdə oturaraq həmin qüvvələrin sifarişlərini yerinə yetirən insanlar da var. 

Onlar məqsədli şəkildə təxribatla məşğuldurlar. Münxen Təhlükəsizlik Konfransı zamanı cənab Prezident İlham Əliyevə ünvanlanan təxribat xarakterli suala verilən tutarlı cavab əslində bu cəhdlərə tam yekun vurmuş oldu ki, bir daha belə yola düşməsinlər. Bu, bir daha göstərdi ki, bu cür yanaşmalar nəticə verməyəcək”. 

Deputat qeyd edib ki, Azərbaycan siyasi rəhbərliyinin intellektuallığı və müdrikliyini bir daha nümayiş olundu:

“Oxşar qərəzli suala Mehriban xanım Əliyevanın reaksiyası da çox sərrast oldu. Mehriban xanım Əliyeva  cavabı ilə bütün xalqın mövqeyini əks etdirdi. Onun cavabı ilk növbədə Azərbaycan siyasi rəhbərliyinin intellektini, müdrikliyini və hazırcavablığını nümayiş etdirdi. 

Bununla yanaşı, həmin cavab ölkənin prinsipial mövqeyini də ortaya qoydu. Cavabda hiss olunan incə sarkazm təsadüfi deyildi. Çünki hamı bu faktı bilir, sərrast və məntiqli cavab qarşı tərəfi susdurmuş oldu. Bu, həm də Azərbaycanın hərtərəfli inkişafına işarədir. Təxribatçı fikirlər reallığı əks etdirmir. 

Azərbaycan siyasi rəhbərliyi məqamı gələndə bu kimi təxribatçı suallara dolğun və əsaslı cavab vermək iqtidarındadır. Azərbaycan xalqının mövqeyi bir neçə kəlimə ilə ifadə edildi”. 

Избранный
54
1
cebheinfo.az

2Источники