RU

Bu küçədə səki ilə hərəkət çətinləşib Addımbaşı maşınlar park edilib FOTO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində piyadalar üçün ayrılmış səki sürücülərin parkinq yerinə çevrilib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın qaynar xəttinə fotoşəkil göndərib.

Görüntüdən aydın görünür ki, 90-UY-099 dövlət nömrə nişanlı “Lixiang” markalı avtomobil, 90-VN-645 dövlət nömrə nişanlı “KIA” markalı yük maşını, onun önündə və sol tərəfində sırayla park edilmiş digər nəqliyyat vasitələri səkini tamamilə zəbt edib.

Şikayətçinin iddiasına görə, ərazidə demək olar ki, hər gün eyni mənzərə yaşanır.

Nəticədə səki piyadalar, xüsusilə uşaq arabası ilə hərəkət edən sakinlər üçün istifadəolunmaz hala gəlir. 

Nərmin

Oxunub 110

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
78
avtosfer.az

1Источники