RU

Naxçıvanın yanvar ayında ÜDM həcmi açıqlandı

Baku. Trend:

Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 113,8milyon manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsalolunub.

Trend bu barədəNaxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinəistinadən məlumat verir.

Məlumata görə, bu ötən ilin müvafiq dövrünün göstəriciləri iləmüqayisədə 1,6 faiz çoxdur.

Son bir ildə muxtar respublikada adambaşına düşən ÜDM-in həcmi1,3% artaraq 240,9 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət StatistikaKomitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar ayındaAzərbaycanda 9 milyard 78,7 milyon manat məbləğində ümumi daxiliməhsul istehsal olunub ki, bu da ötən ilin yanvar ayı iləmüqayisədə 1,7% çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6%,qeyri-neft-qaz sektorunda isə 2,3% artıb.

ÜDM-in istehsal strukturunda 33,9% sənayenin, 11,7% ticarət vənəqliyyat vasitələrinin təmirinin, 7,8% nəqliyyat və anbartəsərrüfatının, 3,6% tikintinin, 3,3% kənd, meşə təsərrüfatı vəbalıqçılığın, 2,4% turistlərin yerləşdirilməsi və ictimai iaşənin,2,2% informasiya və rabitə sahəsinin, 23,4% isə digər sahələrinpayına düşüb. Məhsullara və idxala xalis vergilər ÜDM-in 11,7%-nitəşkil edib.

Adambaşına düşən ÜDM 884,5 manat olub.

Избранный
80
2
az.trend.az

3Источники