RU

“Vaşinqtonun əsas məqsədi Çin və Rusiyaya təsir göstərməkdir” – Azad Məsiyev

"İran və ABŞ arasında münasibətlərin pisləşməsi İranda İslam İnqilabının baş verməsi ilə başlayıb. Yəni Şahın İrandan qovulmasından və İranda İslam dövləti qurulmasından sonra Amerikanın maraqları ölkədə ikinci plana keçdi. Bu baxımdan, ABŞ uzun müddətdir İrana qarşı düşmənçilik siyasəti yürüdür. ABŞ başda olmaqla İran əleyhinə koalisiya yaratdı. Bu koalisiya İranı həm iqtisadi, həm siyasi baxımdan dünyadan təcrid etdi və sanksiyalara məruz qoydu. ABŞ-nin məqsədi İranda hakimiyyəti dəyişərək özlərinə münasib bir hakimiyyət qurmaqdır. Amerikanın strateji hədəfi budur və bu strategiyaya çatmaq üçün müxtəlif bəhanələr irəli sürülür. Məsələn, İranın uranın zənginləşdirilməsi, terrorçulara dəstək verməsi və ya İsrail əleyhinə müəyyən hərəkətləri maliyyələşdirməsi bəhanə kimi istifadə olunur. ABŞ üçün belə bəhanələr tapmaq çox asandır. Hər dövrdə İranın hakimiyyətini dəyişmək üçün müxtəlif bəhanələr uydurur. Son zamanlarda bu bəhanə uranın zənginləşdirilməsi oldu və 12 günlük qərbi əməliyyatlar buna yönəldi. ABŞ sonradan İranda sosial vəziyyət və etirazçıları dəstəkləyərək onları qızışdırdı, hətta öz casus şəbəkəsini istifadə edərək xalq və dövlət arasında gərginlik yaratdı. Bu addımla İran dövlətini təzyiq altında qoymaq istədilər. Lakin İran dövləti etirazçılara qarşı hərəkət etməyə məcbur oldu, çünki bəzi şəbəkələr ixtişaş törədirdi, məscidlər və binalar yandırılır, insanlar həlak olurdu. Hər bir dövlət özünü müdafiə etmək üçün güc tətbiq etməlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, İranın nüvə proqramı uzun illərdir beynəlxalq diqqətin mərkəzindədir və xüsusilə uranın zənginləşdirilməsi məsələsi həm regional, həm də qlobal təhlükəsizlik baxımından həssas mövzu hesab olunur. Rəsmi Tehran ilə beynəlxalq qurumlar arasında aparılan texniki və diplomatik danışıqlar, xüsusilə uranın zənginləşdirilməsi və nüvə fəaliyyətlərinin şəffaflığı ilə bağlı qərarlar, həm region ölkələri, həm də nüvə sazişinə qoşulmuş böyük dövlətlər üçün əhəmiyyət kəsb edir. Bu çərçivədə, İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Əraqçi İsveçrədə nüvə ekspertlərinin müşayiəti ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə texniki görüş keçirəcək. Görüşün əsas məqsədi uranın zənginləşdirilməsi səviyyələrini və nüvə fəaliyyətlərinin beynəlxalq standartlara uyğunluğunu müzakirə etməkdir.

Siyasi şərhçi bildirib ki, uranın zənginləşdirilməsi məsələsi və bu kontekstdə dialoq mövzusu da gündəmə çıxır.

Избранный
89
aznews.az

1Источники