RU

Lerikdə təhlükəli vəziyyət: Elektrik dirəyi ağaca bağlandı RƏSMİ AÇIQLAMA VİDEO

ain.az bildirir, Oxu.az portalına istinadən.

Lerik rayonunun Nücü kəndində elektrik dirəyi qırıldığı üçün ağaca bağlanıb.

Bu barədə Oxu.Az-a müraciət daxil olub.

Vətəndaşların sözlərinə görə, dirəyin aşmaq təhlükəsi var və bu vəziyyət ərazidə yaşayan vətəndaşların həyatı üçün risk yaradır. Şikayətdə qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilsə də, indiyədək hər hansı tədbir görülməyib.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə ərazisində dağlıq rayonlara yağan aramsız qar cənub regionunda bəzi dağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.

Bildirilib ki, buna səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksəkgərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzaların yaranmasıdır:

"Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq, "Azərişıq" ASC-nin əməkdaşları qəzanı aradan qaldırmaq üçün bir neçə gün fasiləsiz çalışıb, rayon mərkəzlərində və əksər kəndlərdə elektrik enerjisinin verilişi qısa vaxt ərzində təmin olunub.

Qarlı-şaxtalı hava şəraitinin yaratdığı fəsadlar nəticəsində Lerikin Nücü kəndində də elektrik enerjisinin verilişində fasilələr yaranıb. Kənddə yağan qarın şiddətindən elektrik dirəyi qırılaraq aşıb. Ərazidə təmir-bərpa işləri həyata keçirilsə də, xəttin yenilənməsi və yeni dayaqların basdırılmasına ehtiyac yaranıb. Bu səbəbdən layihələndirmə işləri aparılıb. Yaxın gələcəkdə ərazidə elektrik şəbəkəsi tamamilə yeniləcək".

Sonda açıqlamada vurğulanıb ki, Lerikdə yenidənqurma işləri hazırda da davam etdirilir:

"Rayonun Lüləkəran, Züvüc və Zövnə kəndlərinin elektrik şəbəkəsi tamamilə yenilənib, şəhər ərazisində köhnəlmiş elektrik dayaqları və xətlər yenisi ilə əvəz olunub. "Azərişıq" ASC-nin həyata keçirdiyi əsaslı təmir-bərpa və yenidənqurma işləri abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib".

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
53
oxu.az

1Источники