RU

ABŞ NATO-dan çıxır? - ŞƏRH

"Amerikanın NATO-dan çıxması məsələsi müzakirə oluna bilər, lakin hələlik bu məsələ rəsmi gündəlikdə yer almır. Doğrudur, son beynəlxalq tədbirdə, yəni Münxen Təhlükəsizlik Konfransı zamanı Avropa ölkələri belə bir mövqe ortaya qoydular ki, artıq öz təhlükəsizliklərini özləri təmin etməlidirlər. Burada Mersinin çıxışı, eyni zamanda digər Avropa liderlərinin oxşar yanaşmaları da var".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa bildirdi.

Onun sözlərinə görə, ABŞ-nin dövlət katibi Marko Rubio da məsələyə münasibət bildirib:

"O, qeyd edib ki, ABŞ ayrılmır, sadəcə Avropalı müttəfiqlərinin güclü olmasını istəyir və onları asılı deyil, bərabərhüquqlu tərəfdaşlar kimi görür. Ümumiləşdirsək, ABŞ fərqli bir strateji dizayn çərçivəsində özünü müstəqil bir qütb və güc mərkəzi kimi formalaşdırır".

Əli

Müsahibimizin sözlərinə görə, nəzəri baxımdan Avroatlantik məkanın parçalanması ehtimalı istisna edilmir:

"ABŞ və Avropa arasında ayrılma baş verə bilər və bunun NATO kontekstində də əks olunması mümkündür. Lakin hazırda bu, reallıq deyil. Xüsusilə yaxın dövr üçün Çin, İran və Rusiya kimi qlobal təhlükələr fonunda nə Avropanın, nə də ABŞ-nin NATO daxilində ayrılığı birmənalı şəkildə istədiyini demək mümkündür. Strateji baxımdan isə uzaq perspektivdə bu ssenarini mümkün hesab etmək olar".

Xədicə BAXIŞLI

Избранный
92
redaktor.az

1Источники