RU

Bakıdan ad gününə getmişdi, faciəvi şəkildə öldü

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Lənkəranda 59 yaşlı şəxs balıq tutmaq istəyərkən dənizdə boğularaq ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Aşağı Nüvədi kəndi ərazisində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Məmməd Quliyev balıq tutmaq məqsədilə Xəzər dənizinin Lənkəran sahilinə gedərək dənizə çıxıb.

Xəzər dənizinin geri çəkilməsi nəticəsində həmin istiqamətdə quyu və kanal yaranıb. Məlumata görə, əslində həmin ərazilərə bələd olan M. Quliyev, quyu və kanalın yaranmasından xəbərsiz olub.

Bu zaman M. Quliyev həmin kanala düşərək dəniz suyunun onu aparması nəticəsində boğularaq ölüb.

Qeyd edək ki, Məmməd Quliyev Bakı şəhərində yaşayır. O, dünən yaxınlarının ad günündə iştirak etmək üçün rayona qayıdıb.

Bu gün M. Quliyev onunla gələnləri Bakı şəhərinə yola salandan sonra, özü balıq tutmaq məqsədi ilə dənizə gedib.

Dənizdən çıxarılan meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.Milli.Az

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
47
4
news.milli.az

10Источники