RU

Sevgililər günündə Sevgililər arkası dağıldı

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fevralın 15-ə keçən gecə İtaliyanın cənubunda, Adriatik dənizi sahillərindəki məşhur Sevgililər arkası dağılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna güclü külək və qasırğa səbəb olub.

Arkanın yerləşdiyi Melendunyo şəhərciyinin meri Maurisio Çesternini faktı təsdiq edib. Onun sözlərinə görə, son günlər burada yağan güclü yağış və şiddətli külək nadir təbii tikilini məhv edib. 

Bir neçə il əvvəl Melendunyo departamenti bəzi təbii tikililərin aşınmadan qorunması üçün 4,5 milyon dollar vəsait lazım olduğunu lazımi instansiyalara çatdırsa da, pul tapmaq mümkün olmamışdı.

Qeyd edək ki, Sevgililər arkası İtaliyada turistlərin ən çox maraq göstərdiyi yerlərdən biri idi. Hər il arkanın yerləşdiyi Apuliya bölgəsini 15 milyon civarında turist ziyarət edir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
108
2
525.az

3Источники