RU

La Liqa: “Barselona” gözlənilmədən “Jirona”ya məğlub olub VİDEO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspaniya La Liqasının 24-cü turunun “Jirona” və “Barselona” arasındakı oyunu başa çatdı.

İdman.Biz bildirir ki, matçda “Jirona” 2:1 hesablı qələbə qazanıb.

Qarşılaşma Jironanın “Estadio Municipal de Montilivi” stadionunda baş tutub.

59-cu dəqiqədə Pau Kubarsi hesabı açaraq “blauqrana”nı hesabda irəli çıxarıb. 62-ci dəqiqədə Tomas Lemar bərabərlik qolunu vurub. 87-ci dəqiqədə Fran Beltran qələbə qoluna imza atıb.

Bu oyundan sonra “Jirona” İspaniya çempionatının turnir cədvəlində 29 xalla 12-ci, “Barselona” isə 58 xalla ikinci yerdədir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
52
1
icma.az

2Источники