RU

Qaz pulunu azaltmağın sadə yolu Hamının evində var

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qışda artan qaz xərcləri bir çox ailəni narahat edir. Bahalı təmir və əlavə izolyasiyaya pul xərcləmədən də evdə istiliyi saxlamaq mümkündür. Mütəxəssislər bildirirlər ki, mətbəxdə olan iki sadə vasitə (streç plyonka və alüminium folqa ) istilik itkisini azaltmağa kömək edə bilər.Demokrat.az xəbər verir ki, ən böyük istilik itkisi pəncərələr və radiatorun arxasındakı divar hissəsindən olur. Xüsusilə köhnə pəncərələrdə xırda boşluqlardan soyuq hava içəri daxil olur. Bu halda pəncərənin kənarlarını streç plyonka ilə gərgin şəkildə bağlamaq hava sızmasının qarşısını alır. PVC pəncərələrdə isə mexanizmlərin möhkəm bağlandığını yoxlamaq lazımdır.Digər üsul radiatorun arxasına folqa ilə örtülmüş karton yerləşdirməkdir. Bu, istiliyin divara yox, otağa doğru əks olunmasına kömək edir və otaq daha tez isinir.Mütəxəssislər onu da vurğulayır ki, çox soyuq günlərdə kombini tam söndürmək əvəzinə minimum rejimdə işlətmək daha sərfəlidir. Bu üsullar həm qaz sərfiyyatını azaldır, həm də evi daha isti saxlayır.Kənan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
48
demokrat.az

1Источники