Rusiya Ukrayna səbəbindən Çinlə sərhədə Su-57 təyyarələri yerləşdirdi
Ukraynadakı döyüşlər səbəbindən Rusiya komandanlığı Çinlə sərhədə beşinci nəsil Su-57 qırıcılarını yerləşdirdi. Bu barədə Amerikanın The National Interest (NI) jurnalı məlumat verib.
Nəşrin müəllifi Peter Suciu bu yaxınlarda internetdə Uzaq Şərqdəki Rusiya aviabazasında bir neçə Su-57 təyyarəsinin göründüyü peyk görüntülərinə şərh verib. Onun fikrincə, Rusiya Su-57-lərin əksəriyyətini Ukraynada davam edən döyüşlərdən mümkün qədər uzaqda yerləşən aerodroma yerləşdirib.
Suciu etiraf edib ki, Su-57 qırıcıları modernləşdirmə və ya sınaq üçün Uzaq Şərqdə ola bilər. Başqa bir mümkün izahat isə Rusiyanın dəyərli Su-57-lərini potensial Ukrayna hücumlarından qorumağa çalışmasıdır.
Fevralın 9-da Rusiya ordusunun yeni texniki avadanlıqlarla təchiz olunmuş Su-57 təyyarələri aldığı bildirildi.