RU

Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb İXRACDA BÖYÜK GERİLƏMƏ

Marja.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracı 2026-cı ilin Yanvar ayında 2025-ci ilin Yanvar ayı ilə müqayisədə dəyər ifadəsilə 825 milyon 222 min dollar və ya 29,5% azalaraq 1 milyard 967 milyon 456 min dollara düşüb.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

O cümlədən, xam neft ixracı dəyər ifadəsilə 664 milyon 953 min dollar və ya 35% azalaraq 1 milyard 238 milyon 82 min dollara, təbii qaz ixracı isə 182 milyon 576 min dollar  və ya 21% azalaraq 687 milyon 506 min dollara geriləyib. 

2026-cı ilin Yanvar ayında Azərbaycanın neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracının dəyəri 268 milyon 389 min dollar təşkil edib. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 22 milyon 613 və ya 9,3% çoxdur. 

2026-cı ilin Yanvar ayında Azərbaycanın cəmi ixracının dəyəri 2 milyard 235 milyon 845 min dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 802 milyon 609 min dollar və ya 26,4% azdır. 

2026-cı ilin Yanvar ayında Azərbaycanın ixracının dəyərinin 88%-i neft-qaz sektoruna daxil olan mallar, 12%-i neft-qaz sektoruna daxil olmayan mallar üzrə formalaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
1
marja.az

2Источники