RU

Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”

İsveçrədə siyasi mühacir həyatı yaşayan azərbaycanlı jurnalist Emin Hüseynov illər əvvəl Almaniyada baş vermiş müzakirəli hadisə və səfirlikdən çıxışı ilə bağlı yeni açıqlama verib.
Xatırladaq ki, Almaniyada keçirilən tədbirlərdən birində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə Emin Hüseynov arasında qısa dialoq yaşanmışdı. Həmin görüş zamanı Mehriban Əliyeva jurnalistə “Səfirlikdən qadın paltarı ilə qaçan siz idiniz?” sualını ünvanlamışdı. Bu ifadə uzun müddət mediada və sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu. Emin Hüseynov isə son açıqlamasında bildirib ki, Azərbaycandakı səfirlikdən çıxışı zamanı ona mərhum jurnalist Rasim Əliyev dəstək göstərmişdi. Onun sözlərinə görə, Rasim Əliyev həmin hadisədən təxminən bir il sonra hücuma məruz qalıb və həyatını itirib. Qeyd edək ki, Rasim Əliyev 2015-ci ildə Bakıda ağır döyülərək xəstəxanaya yerləşdirilmiş, daha sonra vəfat etmişdi. Onun ölümü yerli və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurmuşdu..

Qeyd edək ki, Emin Hüseynov Soros Fondunun vəsaitlərindən qeyri-şəffaf istifadə etməsi və ayrılan külli miqdarda vəsaiti talaması üzə çıxandan sonra ölkədən qaçmışdı. O, ölkədən qaçarkən qadın paltarından istifadə etmişdi. E.Hüseynov hazırda da antimilli fəaliyyətini davam etdirir. Hətta 44 günlük savaşda “novarçı” donuna girərək, erməni işğalının davam etməsi üçün təbliğat aparırdı. “Erməni hüquqlarının müdafiəçisi” kimi tanınan Emin Hüseynov erməni diaspor təşkilatlarının maliyələşdirdiyi qurumlardan qrant alır.

Emin Hüseynov Mehman Hüseynovun böyük qardaşıdır.

Избранный
67
buta.tv

1Источники