RU

"Milan" 23 oyundur uduzmur - Alleqri Pioliyə çatmağa bir addım qaldı

İtaliya nəhəngi "Milan" İtaliya çempionatında son 23 oyunda məğlub olmayıb.

Fanat.Az xəbər verir ki, Massimiliano Alleqrinin komandası Stefano Pioli dövrünün nailiyyətinə bir addım qalıb.

"Opta"-nın hesablamasına görə, Piolinin "Milan"ı vaxtilə İtaliya A Seriyasında ardıcıl 24 oyunda məğlub olmayıb. Pioli keçiləcəyi halda, sıradakı rəqib 1990-cı illərdə "Milan"la 27 məğlubiyyətsiz oyun keçirən Fabio Kapello olacaq. 

Lakin Alleqrinin rekord reallaşdırması çox çətin olacaq, çünki bu göstəricidə lider bir vaxtlar A Seriyasında 58 məğlubiyyətsiz oyun keçirən Arriqo Sakkidir. 

Xatırladaq ki, "Milan" sonuncu dəfə A Seriyasında ötən il 23 avqustda "Kremoneze"yə yenilib. Alleqrinin komandası hazırda İtaliya çempionatının turnir cədvəlində ikinci yerdədir.

Избранный
35
2
fanat.az

3Источники