JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi ilə İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində maarifləndirmə təlimləri davam etdirilir.

Əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmin olunmasına həsr olunmuş növbəti təlimdə 2 müəssisə üzrə ümumilikdə 19 əməkdaş iştirak edib.

Təlimin əsas məqsədi istehsalat qəzalarının qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi, həmçinin bu sahədə bilik və bacarıqların artırılmasıdır. Tədbir çərçivəsində əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydalarına riayət olunmasının əhəmiyyəti, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklər, əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması, təhlükəsiz əmək mühitinin yaradılması və hüquqi biliklərin artırılması ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin təlim zamanı iştirakçılara Vision Zero – “Sıfır Gözlənti” yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi barədə məlumat verilib. Bildirilib ki, bu model iş yerlərində ölüm və ağır xəsarətlərin qarşısının alınmasını hədəfləyir.

Təlim interaktiv formatda təşkil edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılar keçirilmiş mövzular üzrə imtahan edilib və nəticələrinə uyğun olaraq qiymətləndirilib.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX