Mingəçevirdə 32 yaşlı qadın sirkə turşusundan zəhərlənib.
7News.Az Unikal-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən evlərdən birində baş verib. 1994-cü il təvəllüdlü şəhər sakini Gülmiyə Əliyeva ehtiyatsızlıqdan sirkə turşusu qəbul edib. Zəhərlənən qadın yaxınlarının köməyi ilə təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.