RU

Azəriqaz sədrinin keçmiş müavininin qohumu azadlığa çıxdı

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Bir müddət əvvəl qanunsuz fəaliyyətinə görə həbs edilmiş "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz-İstismar İdarəsinin Xızı rayonu üzrə Qəza-Bərpa Xidmətinin sabiq rəisi Əlihüseyn Hüseynov azadlığa çıxıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, o, bu yaxınlarda məhkəmənin qərarı ilə evə buraxılıb.

Qeyd edək ki, Əlihüseyn Hüseynov barəsində toplanmış çoxsaylı şikayətlər əsasında ötən ilin əvvəlində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. O, qurumun baş direktorunun istismar üzrə sabiq müavini Cahid Hüseynovun qardaşı oğludur.

Əlihüseyn Hüseynov əmisi vəzifədə çalışdığı dövrdə onun nüfuzundan sui-istifadə edərək, külli miqdarda pul müqabilində SOCAR balansında olan torpaq sahələrinin özəlləşdirilməsi və işə düzəltmə vədləri ilə ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq edib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
86
qaynarinfo.az

1Источники