RU

Anadilli nəsr tariximizin bərpası: “Siyərün Nəbi” transfoneliterasiya edilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 17 fevral, AZƏRTAC

XIV əsr Azərbaycan ədəbi dilinin ən möhtəşəm abidələrindən biri olan Mustafa Zəririn “Siyərün-Nəbi” əsəri uzunmüddətli tədqiqatlardan sonra yeni nəşri ilə oxucuların və elmi ictimaiyyətin ixtiyarına verilib.

AZƏRTAC xəbər verir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Vahidə Cəfərzadə tərəfindən transfoneliterasiya edilərək çapa hazırlanan bu əsər anadilli nəsr tariximizin bərpası baxımından müstəsna əhəmiyyət kəsb edir. Müəllifin Süleymaniyyə kitabxanasında saxlanılan nadir əlyazma nüsxəsi əsasında hazırlanan bu nəşr XIV əsr Azərbaycan dilinin zəngin leksik və fonetik xüsusiyyətlərini ilk mənbədən öyrənməyə imkan yaradır.

İslam peyğəmbərinin həyatından bəhs edən bu fundamental əsər sadə və təbii dili, eləcə də yüksək bədii üslubu ilə seçilir. Vahidə Cəfərzadənin gərgin əməyi sayəsində əsərdəki qədim türk mənşəli sözlər, arxaik frazeoloji vahidlər və "sağır nun" kimi klassik imla xüsusiyyətləri orijinal forması saxlanılmaqla müasir əlifbaya köçürülüb. Bu nəşr təkcə dini-tarixi bir qaynaq deyil, həm də XIV əsr Şərqi Anadolu və Azərbaycan ədəbi mühitinin dil mənzərəsini ortaya qoyan, Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi istiqamətində apardığı ən mühüm elmi nailiyyətlərdən biridir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
azertag.az

2Источники