RU

Pəncərədən daxil olaraq mənzildə köməksiz qalan körpəni xilas etdilər VİDEO

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı şəhəri, Nizami rayonu ərazisində yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Pəncərədən daxil olaraq mənzildə köməksiz qalan körpəni xilas etdilər - VİDEO

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə 18 mərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub giriş qapısını açaraq 2020-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
oxu.az

1Источники